Əzəmətli Qafqaz Dağları, təmiz havası və duru suyu ilə göz oxşayan Nohur gölü Qəbələnin ən görməli yerlərindəndir. Öz gözəlliyi ilə görənləri heyran edən Nohur göldə, sakit atmosfer və quşların səsi, şəhər səs-küyündən istirahət etmək üçün ideal mühit yaradır. Göldə insanların çimməsinə icazə verilməsə də (göl həm də su rezervuarl kimi fəaliyyət göstərir və Qəbələ və ətraf rayonların içməl su ehtiyatını təmin edir) balıq tutmaq üçün ideal məkandır. Burada həmçinin kiçik qayıqlarla və katamaranlarla gəzməklə ətraf mənzərədən zövq almaq olar. Gölün şimal sahilində Qəbələ Chenot oteli yerləşir

Göl bir qədər çətin keçilən yolların qurtaracağında yerləşdiyindən buraya minik maşınları ilə getmək olar. Nohur gölə gedən yol Bakı-Qəbələ yolunun üzərində, Nohurqışlaq kəndi yaxınlığındadır. Bundan əlavə, Qəbələ ərazisində olan otellərin əksəriyyətində Nohur gölə turlar təşkil olunur ki, bu turların qiyməti 10-20 AZN arasında dəyişir.