Qədim Qəbələ….

Qəbələ Arxeoloji Mərkəzinin yerləşdiyi ərazi (yerli əhali bu ərazini Çuxur Qəbələ adlandırır), miladdan əvvəl 4-cü əsrdən başlayaraq Qəbələ Albaniyasının paytaxt şəhərlərinin tam ərazisində yaradılmışdır. Bu ərazidə 1926-cı ildən başlayaraq arxeoloji tədqiqatlar aparılmaqdadır. Arxeoloji mərkəz öz funksionallığına və tarixi dövrləri əks etdirməsinə görə üç əraziyə “Qala”, “Səlbir” və “Çaqqallı” ərazilərinə bölünür. Çaqqallı ərazisi (50 hektar) eramızdan əvvəl 4-cü əsrdə burada mövcud olmuş şəhar həyatının qalıqlarını əks etdirir. Qədim Qəbələnin Səlbir ərazisində (13 hektar) 1-10-cu əsrlərə, Qala ərazisində (12 hektar) isə 1-7ci əsrlərə aid bir neçə metr qalınlığında zəngin mədəni təbəqə aşkarlanmışdır.

Qəbələ Arxeoloji Mərkəzi
İş vaxtları: 10:00- 18:00
Çuxur Qəbələ kəndi, Qəbələ, Azərbaycan
Tel:+994 242021257

Qədim Qəbələ: Antik Ərazi və Səlbir Ərazisi

Antik ərazi eramızdan əvvəl 2-ci minilliyin sonu, bizim eranın 1-ci əsrlərində Qəbələ şəhərinin ərazisi olmuşdur. Burada, 200-dən artıq iri təsərrüfat küplərindən ibarət çaxır anbarları, oval tikinti qalıqları, gil su və məişət əşyaları və çiy kərpicdən divar qalıqları aşkar edilmişdir.Səlbir ərazisi Qədim Qəbələ şəhərinin 1-10-cu əsrlərə aid hissəsində yerləşir. Burada aşkar olunan qədim şəhər qalıqlarına bizim eranın 2-ci əsrinə aid müdafiə divarları, təsərrüfat quyuları, antik katakombalar, hovuz, işməli su təchizatı xəttləri, təndir qurğular, xristian qəbirlər, pasta muncuqlar aşkar olunmuşdur.

Qədim Qala Divarları

Qəbələ Arxeoloji Mərkəzinin ən mühim abidələrindən biri, Qədim Qala divarlarıdır. Səlbir arxeoloji ərazisində olan bu divarlar, Qala ərazisini şimaldan xəndəklə, cənubdan isə qala divarları ilə müdafiə üçün yaradılmışdır. Qəbələnin qala divarları öz tikilmə və görünüş xüsusiyyətlərinə görə digər orta əsr istehkamlarından fərqlənir. Qala divarları çiy kərpicdən və yonulmuş çay daşından tikilmişdir. Qalanın tikintisində 15 növ müxtəlif kərpiclərdən istifadə olunmuşdur. Qalanın tikilməsinə cəlb olunmuş insanlar, bişmiş kərpicin ölçü və düzülüş müxtəlifliyindən məharətlə istifadə edərək nadir memarlıq nümunəsi yarada bilmişdirlər. Qalanın sağ və sol küncündəki bürclər günümüzə qədər gəlib çatmışdır və öz mühtəşəmliyi ilə görənləri heyran edir.