Meyvələrin əlvan rəngləri….

Qəbələdə yol qırağında düzülən ölçü vahidi tərəzi yox, yalnız vedrə olan bazar vardır ki, burada bütün məhsullar vedrə ilə və ya vahidlə satılır. Bazar Bakı-Qəbələ yolunun üzərində yerləşir və yerli əhali öz bağlarından və sahələrindən topladığı meyvə, tərəvəz və digər məhsulları burada yerli və xarici qonaqlara satırlar.

Bakı-Gabala road

Bu rəngarəng bazarda qışa tədarük görmək üçün xüsusi ədviyyatlar, dağdan yığılmış müalicəvi otlar, ev üsulunda qış üçün marinə edilmiş meyvə və tərəvəzlər, meyvə quruları və bir çox nadir tapılan məhsullar tapmaq mümkündür. Xüsusi taxta rəflərə düzülən bu şüşə qablar yolboyu keçənlərin diqqətini çəkir. Burada qeyri-adi mürəbbə növlərindən qoz mürəbbəsi, itburnu çiçəyinin mürəbbəsi, qızılgül mürəbbəsi, o cümlədən bir çox xəstəliklərin təbii yolla müalicəsində istifadə olunan zirinc suyu, doşab, bəhməz, Qafqaz dağlarından təbii bal və s. almaq mümkündür.