Qəbələ Tarixi Diyarşünaslıq Muzeyi

Qəbələnin 2500 illik tarixini əks etdirən bu muzey, 1980-ci ildə yaradılmışdır. Muzeydə qədim, orta əsrlər və yaxın keçmişə aid 12000-dən çox eksponat nümayiş edilir. Muzeyin ərazisində 13 ekspozisiya zalı, muzey fondu, zəngin elmi kitabxana, şəkil qalereyası və qədim daş salnamələrin nümayiş olunduğu açıq hava altında muzey vardır. Burada qədim Qəbələ ərazisindən tapılmış məişət əşyaları, saxsı və gil qablar, etnoqrafik materiallar, qədim yazılar və digər maraqlı abidələr qorunur.

Heydər Əliyev Mərkəzi

2007-ci ildə istifadəyə verilən bu muzey Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən şəkillərdən ibarətdir. Muzeydə 200-dən artıq şəkillər, arxiv materialları, müxtəlif itablar vardır. Muzey həmçinin dünyaca məşhur Heydər Əliyev fondunun Qəbələ filialı kimi fəaliyyət göstərir.

Çaxır Muzeyi

Çaxır Muzeyi, Aspi Aqro şərab zavodunun ərazisində,Qəbələnin tarixən üzümçülük tarlalarının mövcud olduğu tarixi Savalan ərazisində yerləşir. Muzeydə nümayiş olunan unikal eksponatlar Qəbələ ərazisinin həqiqətən də üzümçülük sahəsi üzrə öncül regionlardan biri olduğunu göstərir.Hazırki dövrdə, Qəbələ ərazisində hələ də çaxır basdırmaq üçün küplər və gil qablar müxtəlif qazıntılar zamanı aşkarlanmaqdadır. Muzeydə Azərbaycanın müxtəlif regionlarında üzümçülük adət-ənənələrinin yaranması və inkişafı etaplarına dair tarixi faktlar göstərilir. Həmçinin, muzeydə 1960-1980-ci illərdə Azərbaycan ərazisində aktiv üzümçülük plantasiyalarının yaradılmasına dair sənədli filmi də izləmək olar. Muzeydə həmçinin Qəbələ Aspi Aqro şirkətinin yaranma və inkişaf xronologiyasını nümayiş etdirəm guşə də mövcuddur.