Mucuq Şəlaləsi

Ləzə kəndindən şimalda keçilməz dağ yollarının sonunda, nəhəng bir dağ uçurumu mənzərəsi açılır. Keçmiş zamanlarda yerli əhalinin söyləmlərinə görə, bu dağın ən aşağı hissəsində kənd salınmışdır. Lakin zamanla dağdan gələn uçurumlar, bu kəndlə digər kəndlər arasında əlaqəni çətinləşdirmiş və zamanla yerli əhali buradan köç etməyə başlamışdır. Mucuq kəndinin rəmzi, Ləzə kəndindən 7 kilometr aralıda Mucuq dağ uçurumlarından axan Mucuq şəlaləsidir. Yüksək dağlıqdan axan şəlalə əzəmətli səsi və görünüşü ilə görənləri heyran edir. Şəlaləyə maşın yolu olmadığından buraya atla gəlmək mümkündür. Atları yolboyu yerləşən dağ kəndlərində yerli sakinlər icarəyə verir və yolboyu müşayiət edirlər. Lakin son zamanlarda şəlaləyə ekoturlar təşkil olunur ki, burada ziyarətçilər piyada dağ yolunu qalxırlar.Dağ yolu ziyarətçiləri Duruca kəndinin ən yüksək nöqtəsinə çatdırır. Burada 54 metrlik hündürlükdən, hay-küylü və bir o qədər də möhtəşəm mənzərəli Mucuq şəlaləsi göz oxşayır. Şəlaləyə yaxınlaşmaq üçün sürüşkən qaya daşlarının üzərindən keçmək lazımdır, daha sonra isə daş tunel ziyarətçiləri bu gözəl mənzərəyə yaxınlaşdırır.

Yeddi Gozal Şəlaləsi

Qafqaz Dağlarının ən uca zirvələrindən axan bu dağ şəlaləsi Qəbələnin Vəndam kəndindədir. Yeddi Gözəl şəlaləsinin adı şəlaləyə çatmaq üçün keçilən 7 dağlıq yolun adından gəlir. Şəlalə qış aylarında tamamilə donduğundan buraya qalxmaq bir qədər çətinləşir. Yaz və yay aylarında isə, hər dağlıq yolda çay evləri fəaliyyət göstərir ki, burada Qəbələyə məxsus mürəbbə çüşidləri ilə çay dəstgahı qonaqlara təklif edilir. Şəlalənin ən uca nöqtəsində xüsusi taxta həsirlərlə çay evi yaradılmışdır ki, burada şəlalənin xoş səsi və mənzərəsinə açılan fonda çay içmək olar. Çay üçün su isə şəlalənin suyundan götürülür və çaya özünəməxsus dad verir.

Nohur Göl

Əzəmətli Qafqaz Dağları, təmiz havası və duru suyu ilə göz oxşayan Nohur gölü Qəbələnin ən görməli yerlərindəndir. Nohur gölü öz gözəlliyi ilə görənləri heyran edir. Buradakı sakit atmosfer və quşların səsi isə, şəhər səs-küyündən istirahət etmək üçün ideal mühit yaradır. Göldə insanların çimməsinə icazə verilməsə də (göl həm də su rezervuarl kimi fəaliyyət göstərir və Qəbələ və ətraf rayonların içməl su ehtiyatını təmin edir) balıq tutmaq üçün ideal məkandır. Burada həmçinin kiçik qayıqlarlar və katamaranlarla gəzməklə ətraf mənzərədən zövq almaq olar. Gölün şimal sahilində Qəbələ Chenot oteli yerləşir Göl bir qədər çətin keçilən yolların qurtaracağında yerləşdiyindən buraya minik maşınları ilə getmək olar. Nohur gölə gedən yol Bakı-Qəbələ yolunun üzərində, Nohurqışlaq kəndi yaxınlığındadır. Bundan əlavə, Qəbələ ərazisində olan otellərin əksəriyyətində Nohur gölə turlar təşkil olunur ki, bu turların qiyməti 10-20 AZN arasında dəyişir.