Nic Kəndi

Tarixin ən qədim irsini və mədəniyyətini özündə əks etdirən və ən qədim xalqlar-udinlərin yaşadığı Nic kəndi Qəbələ şəhər mərkəzindən 40 km aralıda yerləşir. Özünəməxsus mədəniyyəti, inancı və tarixi irsi ilə bu kənd bütünlükdə tursitlərin marağıda səbəb olur.Nic kəndində Qafqaz Albaniyası tarixindən qalma 17-ci əsrə məxsus “Cotari” kilsəsi mövcuddur. Tarixi abidə qədimliyi ilə bərabər öz unikallığı ilə də seçilir.

Həzrə Kəndi

Dəniz səviyyəsindən 900 km hündürlükdə yerləşən bu kənd, yüksək dağlıq və yaşıllıqlarla əhatələnmiş möhtəşəm görüntüsüylə heyranlıq yaradır.Həzrə kəndi Qəbələ şəhərindən 4 km məsafədə yerləşir və ən qədim tarixə malik ərazilərdəndir. Kənd ərazisində islam dininin tarixi Azərbaycan torpaqlarına yayılması dövrünə təsadüf edən bir çox tarixi abidələr mövcuddur. Bunlardan ən vacibi Həzrə meşəliyində yerləşən Həzrə Türbələridir. Meşə ərazisində 7 kurqan və qəbir daşları aşkar olunmuş və hal-hazırda ölkə əhəmiyyətli abidələr kimi qorunmaqdadır.

Ləzə Kəndi

Əzəmətli Qafqaz dağlarının iki hissəyə ayırdığı Ləzə kəndinin bir hissəsi Qəbələdə, digər hissəsi isə Qusar rayonunda yerləşir. Bu kəndin ən özünəməxsus xüsusiyyəti bütün fəsillərdə möhtəşəm təbiət mənzərəsi və rənglərin harmoniyasıdır. Yay aylarında kəndin 3000 metr hündürlüyündə yerli insanlar yaşayırlar, qış aylarında isə köç edirlər. Rayon ərazisinə xüsusi eok turlar və bal tədarükünün nümayiş edildiyi turlar təşkil olunur

Vəndam Kəndi

Təbiət gözəllikləri ilə seçilən və Qəbələnin girişində yerləşən Vəndam kəndi ucsuz bucaqsız meyvə bağları ilə meşəlik əraziləri ilə seçilir. Kəndin yaxınlığında Qəbələnin ən görməli yerlərindən olan Yeddi Gözəl şəlaləsi yerləşir. Bundan əlavə, Vəndam kəndi xalçaçılıq sənəti ilə tanınmışdır