The city with history smell..

Öz tarixi və mədəniyyəti ilə seçilən regionlardan olan Qəbələdə ümumilikdə 90-dan çox ölkə əhəmiyyətli günümüzə qədər gəlib çatmış tarixi, etnoqrafik və mədəni abidələr vardır. Bu abidələrin bir çoxu nəinki Qəbələ şəhərində, həmçinin ətraf rayon və kəndlərdə yerləşir. Qəbələnin mühüm tarixi abidələri siyahısına 18-ci əsrə aid olan Cümə məscidi, 1-ci minilliyə aid Böyük Əmirli kəndində daş kurqan, Kilsə dağındakı 4-cü əsrə aid olan alban məscidi, Həzrə kəndində türbələr, Yengicə kəndinin cənubunda Qızlar qalası (15-ci əsr), Surxay Qalası (10-12-ci əsrlər) və digər bir çox mühim abidələr vardır.

Cümə Məscidi
Həzrə Kənd türbələri
Cotari Kilsəsi

Həzrə Kənd Türbələri

Həzrə Kəndi Qəbələ şəhərindən 4 km aralıda, dəniz səviyyəsindən 900 km hündürlükdə yaşıllıqlarla əhatəli geniş ərazidə yerləşir. Kəndin tarixi ərəblərin regionu işğalı və islam dininin yayılması dövrünü əhatə edir. Məhz bu səbəbdən Həzrə kəndində qədim dini türbələr və qəbir daşlarına rast gəlinir. Bunlardan ən mühimi meşəlik ərazidə yerləşən qədim qəbiristanlıq olan və yerli əhalinin dini inanc yeri sayılan Həzrəmeşəliyidir. Burada vaxtilə orta əsr şərq memarlığına aid edilən 7 ədəd türbə aşkar olunmuşdur. Bu türbələrdən dövrümüzə cəmi 4 ədəd gəlib çatmışdır və onlar hal-hazırda ölkə əhəmiyyətli tarixi abidə kimi qorunmaqdadır. Bu urqanlarda dəfn olunan dörd şəxs Şeyx Bədrəddin (1446-cı il), Şeyx Mənsur (16-cı əsr), Şeyx Məhəmməd türbəsi (17-ci əsr). Şeyx Mənsur türbəsinin ərəbcə kitabəsi günümüzə qədər gəlib çatmışdır.
Həzrə meşəliyində bu türbələrdən əlavə çoxlu sayda məzar daşları aşkara çıxarılmışdır. Bu məzar daşlarının üzərində ərəbcə müxtəlif yazılar həkk olunmuşdur. Bütün bu tapıntılar Həzrə kəndinin ən qədim yaşayış məskənlərindən olduğunu bir daha vurğulayır.
How to get:

Səkkizguşəli Məscid

Səkkizguşəli məscid 18-ci əsrdə çay daşı və çiy kərpicdən hazırlanmış mühim tarixi abidədir. Məscidin tinləri və dam hissəsi səkkiz guşəlidir və bu dini açıqlamalarda cənnət fəzasının simvolu kimi vurğulanır. Məscid Qəbələ şəhərinin tarixi və dini abidəsi sayılıq və ölkə ərazisində qorunan yerli əhəmiyyətli abidələr sırasındadır. Məscid şəhərin mərkəzində İsmayıl Bəy Qutqaşınlı küçəsində yerləşir.
How to get:

Cotari Kilsəsi

Qəbələ rayonunun Nic kəndində yerləşən bu kilsə, Qafqaz Albaniyası tarixindən qalma füsunkar tarixi abidədir. Qafqaz Albaniyası zamanı, xristianlığın təbliğ edilməsi üçün İsa Peyğəmbərin həvarilərindən Yeliseyin şərəfinə inşa edilmişdir (1-2-ci əsrlər). Kilsə ümumi zaldan və üzərində inşa edilmiş zəng qülləsindən ibarətdir. Kilsənin inşasında Qafqaz dağlarından gətirilən daşlardan istifadə olunmuşdur. Ümumiyyətlə Qəbələ və ətraf regionalarda rast gəlinən alban kilsələrinin hamısı o dövr üçün səciyyəvi olan dağ daşları ilə inşa edilmişdir. Məhz buna görə də, bu abidələr özünəməxsus gözəlliyi ilə seçilir. Kilsə ərazisində üç nəhəng çinar ağacı vardır ki, öz görkəmi və nəhəngliyi ilə yerli sakinləri və turistləri valeh edir. Yerli əhalinin rəvayətlərinə görə bu ağaclar vaxtilə burada mövcud olmuş üç ədəd alban kilsəsini təcəssüm etdirir və əsrlərlə yaşa sahibdirlər. Hal-hazırda məscid udinlərin dini ayinlərini yerinə yetirmək üçün istifadə edilir və eyni zamanda Qəbələyə gələn turistlərin ən çox ziyarət etdikləri yerlərdən biridir.
How to get: