Böyükdən Kiçiyə hər kəs əylənsin…

Qəbələnd Azərbaycanın və regionun ən böyük açıq havada tematik əyləncə parkı olmaqla Qəbələyə gələn xarici eləcə də yerli qonaqların ən sevimli məkanıdır. Əyləncə parkı həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuşdur. Qəbələnin ən səfalı guşələrindən birində yerləşən əyləncə parkı ilin bütün fəsillərində fəaliyyət göstərir. Qəbələnd istirahət mərkəzində ən kiçik qonaqlardan (4yaş) ən böyük qonaqlara kimi bütün yaş kateqoriyası üçün maraqlı attraksionlar mövcuddur.Əyləncə parkında 50-dən çox attraksionlar fəaliyyət göstərir.

www.gabaland.az
Ismayil Bey Gutgashinli street, Gabala, Azerbaijan
+994502900141

Böyüklər Üçün Əyləncə

İstirahət mərkəzində böyüklərin istirahəti və əylənməsi üçün geniş şərait yaradılmışdır. Burada geniş açıq meydançada böyük miqyaslı oyunların keçirilməsi üçün maneələrlə və ən son peyntbol silahları ilə təchiz olunmuş meydança mövcuddur. Peyntbol meydançası ilə yanaşı, parkda regionda yeganə olan lazerlə peyntbol oyunu, laser strike fəaliyyət göstərir. Burada xüsusi lazer silahları ilə maneələrlə dolu qaranlıq meydançada komandalar şəklində mübarizə etmək mümkündür.
Adrenalini sevənlər üçün parkda kartinq meydanı vardır. Bundan əlavə, ekstrimi ən zirvədə yaşamaq istəyənlər üçün maneələrlə dolu mixstream-kanat üzərində maneələri aşma attraksionu fəaliyyət göstərir. Geniş buz meydançası buzda sürüşmə və dostlarla əyləncə üçün idealdır. Dörd təkərli bamper maşınlar, skay-dayv havaya şığıma kanat yolu, safari velosipedləri, şeytan çarxı, svinger nəhəng yelləncək, reaktiv təyyarə-hündürlükdən suya düşən qayıq, pnevmatik tir, offroad maşınlar və digər attraksionlar əyləncə sevənlərin yolunu gözləyir.

Uşaqlar Üçün Əyləncə

Qəbələdə ailəvi istirahət edənlərin ən çox ziyarət etdikləri məkan Qəbələnd İtirahət Mərkəzidir. Belə ki, burada bütün yaş qrupları üçün attraksionlar və əyləncə növləri mövcuddur. İstirahət mərkəzində az yaşlı qonaqlar üçün 20-dən çox oyun maşınının fəaliyyət göstərdiyi qapalı uşaq zonası mövcuddur. Burada ilin bütün fəsillərində uşaqlar doyunca əylənmək imkanına malikdirlər. Həmçinin daha böyük uşaqlar üçün batutlarla və müxtəlif tramplinlərlə dolu oyun zalı fəaliyyət göstərir.Kiçik qonaqlar üçün mini jet, uşaq qatarı attraksiyonu, uşaq motosikletləri, qurd qatar attraksiyonu, tvister fırlanan yelləncək və müxtəlif seqa oyun aparatları onların yaddaşında unudulmaz iz qoyacaqdır.

Fast Food Restoranı

Qəbələnd İstirahət Mərkəzində əyləncə ilə yanaşı, qidalanmaq üçün restoran fəaliyyət göstərir. Burada fast-food yeməkləri ilə yanaşı, kiçik qonaqlar üçün yemək seçimləri, kabab növləri, təzə sıxılmış meyvə şirələri təklif olunur.Restoran istirahət mərkəzinin girişə yaxın hissəsindədir.Parkın ərazisində restoranla bərabər bir neçə çay kafeləri vardır.