Təbiət Qoynunda Ən gözəl Qonaqlama

Qəbələ öz inkişaf etmiş otel infrastrukturu ilə artıq uzun illərdir ki, həm yerli həm də xarici qonaqlara xidmət göstərir. Regionun ən əlverişli otel infrastrukturu özünü müxtəlif ulduzlu otel kateqoriyaları ilə sübuta yetirir. Qəbələ şəhəri regionun ən dinamik inkişaf edən turizm regionlarından olduğu üçün burada çoxlu sayda otellər mövcuddur. Regionda Azərbaycanda yeganə yerli otel şəbəkəsi olan Qafqaz Otellərinin 3 ulduzlu, 4 ulduzlu, 5 ulduzlu və lyuks otelləri fəaliyyət göstərir. Bundan əlavə bir sıra pansionatlar və hostellər də fəaliyyət göstərməkdədir.

Dəbdəbəli otellər

Qəbələdə dəbdəbəli istirahəti sevənlər üçün “Qafqaz Riverside Resort”, “Qafqaz Tufandağ”, “Chenot Palace”, “Qafqaz Resort”, “Qafqaz Sport Resort” və “Qafqaz Thermal Hotel” otelləri fəaliyyət göstərir. Bu otellərin hər biri beş ulduzlu və yüksək standartlara cavab verən otellər olmaqla bərabər müxtəlif yönlü qonaqlar üçün nəzərdə tutulmuşdur. Bu otellərdən Qafqaz Riverside Resort oteli Qəbələ şəhərində ən yüksək xidmət standartları ilə fəaliyyət göstərən ən dəbdəbəli oteldir. Otel həm ailəvi, həm də fərdi istirahəti sevənlər üçün ideal seçimdir. 20 hektardan çox ərazini əhatə edən otel, sıx meşələrlə əhatə olunmuşdur. Otel yaxınlığında Qəbələnd istirahət mərkəzi və kanat stansiyası yerləşir. Oteldə lüks və geniş otaqlarla yanaşı, fərdi istirahəti sevənlər üçün koteclər də mövcuddur. Təbiət qoynunda dəbdəbəli istirahət məkanlarından biri də Qafqaz Tufandağ otelidir. Tufandağ Kurortunun daxilində yerləşən otel, öz modern üslublu otaqları və restoranları ilə yüksək komfortlu istirahət vəd edir.

Qəbələ ərazisində təbii resursların insan sağlamlığına verdiyi töhfəni nəzərə alaraq burada iki müalicə əhəmiyyətli otellər fəaliyyət göstərməkdədir. Bunlardan biri dünyaca məşhur detoks və sağlamlıq uzmanı Henry Chenotun yaratdığı prinsiplər əsasında ruhun və bədənin detoks proqramlarla yenilənməsi xidmətləri göstərən Chenot Palace otelidir. Otel dəbdəbəli görünüşü, xüsusi Avropa standartlarına cavab verən sağlamlıq avadanlıqları və təcrübəli personalı ilə istirahət və müalicəni kompleks istifadə etməyə imkan yaradır.
Digər otel isə Yengicə kəndində əfsanəvi Yengicə sanataoriyasının tərkibində yaradılmış Qafqaz Thermal Hotel&SPA otelidir. Oteldə Qəbələ regionuna məxsus öz unikal müalicəvi əhəmiyyətləri ilə seçilən Yengicə isti suyu ilə müalicə və şimal regionu üçün yeganə olan möcüzəvi Naftalan nefti ilə sağlamlıq prosedurları təqdim edilir. . Otel Yengicə meşəsinin tam ortasında, Yengicə çayının tam kənarında unikal bir ərazidə yerləşmişdir. Burada təbiətin ən xoş rəngləri otel otaqlarından açılan mənzərə ilə ruhun qidalanmasına və zehnin bütün qayğılardan uzaqlaşmasına köməklik göstərir.

Qəbələdə ailəvi və ya dostlarla istirahət etməyi sevənlərin ən çox seçim etdiyi otellər Qafqaz Resort və Qafqaz Karvansaray Boutique otelləridir. Qafqaz Resort oteli əzəmətli Qafqaz Dağları ilə əhatələnmiş, geniş yaşıllıq ərazidə yerləşir. Otel otaqları ilə bərabər, geniş ərazidə müxtəlif həcmli kotteclər mövcuddur. Oteldə iki ədəd milli mətbəxin təqdim olunduğu restoran fəaliyyət göstərir. Əlavə olaraq, otelin geniş spa mərkəzi və əyləncə mərkəzi fəaliyyət göstərir. Əyləncə mərkəzində boilinq, kinoteatr, ATV maşınlarla dağa qalxma və digər fəaliyyətlər mövcuddur. Qafqaz Karvansaray Oteli, Qəbələ şəhərinin mərkəzində yerləşir. Otel, qədim Karvansaray üslubunda tikilmişdir. Geniş daş divarlarla əhatə olunmuş otelin interyeri isə şərq üslubundadır. Otelin tam mərkəzində dörd tərəfi Karvansaray pəncərələri ilə əhatəli geniş restoranı vardır. Restoranın tavan hissəsi isə xüsusi əlvan rəngli çətirlərlə bəzədilmişdir. Oteldə böyük spa mərkəzi, oyun zalı, lobbi bar və açıq havada oyun meydançası fəaliyyət göstərir.

Qafqaz Karvansaray Otelinin yaxınlığında müasir üslubda dizayn edilmiş Qafqaz Sport Resort Oteli fəaliyyət göstərir. Otelin unikal memarlığı, burada həm ailəvi və dostlarla istirahət üçün, həm də iri miqyaslı tədbirlərin keçirilməsi üçün dizayn edilmişdir. Oteldə artdeko üslubunda geniş qonaq otaqları və kotteclər fəaliyyət göstərir. Bundan əlavə, oteldə geniş idman yarışlarının keçirilə biləcəyi qapalı idman meydançası vardır. Həmçinin otelin iki geniş tutumlu resotarnları vardır ki, burada həm milli, həm də dünya mətbəxindən yeməklər təqdim olunur. Otel həmçinin iri miqyaslı idman tədbirlərinə də ev sahibliyi etmək iqtidarındadır. Belə ki, oteldən 300 metr aralıda Qəbələ Mərkəzi Stadionu yerləşir.

Qəbələ şəhərində daha büdcəli otel axtarışında olanlar üçün Qafqaz Yeddi Gözəl oteli, Qafqaz Gabala City Oteli, Karvan Oteli və Duyma Otelləri fəaliyyət göstərir. Bu otellər ümumilikdə gecələmə və səhər yeməyi təklif edirlər. “Qafqaz Yeddi Gözəl” oteli Vəndam kəndi ərazisində, Yeddi gözəl şəlaləsi yaxınlığında gözəl mənzərəli ərazidə yerləşir. Otel 3 ulduzlu olmasına baxmayaraq, açıq havada hovuzu, geniş həyəti, oyun meydançaları və idman zalı mövcuddur. Burada Qəbələyə xas ən ləziz yeməklər qonaqlara təqdim olunur. Vəndam kəndi ərazisində yerləşən digər 3 ulduzlu otel Duyma otelidir. Otel meşəlik landşaftda təbii şəlalənin yaxınlığında yerləşir. Karvan Oteli də Qəbələ şəhər mərkəzində yerləşir və 28 otaqdan ibarət kiçik pansionat xidməti göstərir. Qafqaz Qəbələ City oteli şəhərin mərkəzində daha çox biznes və digər məqsədlərlə Qəbələ şəhərini ziyarət edənlər üçün xidmət göstərən 3 ulduzlu oteldir.