Təbiətlə Harmoniyada Dadlı Yeməklər

Təbiətlə harmoniyada, Qafqaz adət-ənənələrini əks etdirən, bir-birindən ləziz yeməkləri Qəbələdə dadmaq olar. Dəbli restoranlardan, ailəlikcə və ya dostlarla istirahət edə biləcəyiniz restoranlara qədər bütün istəklərinizi qarşılayacaq qidalanma obyektləri mövcuddur.

Xanlar Restoranı

Köşəm Restoranı

Gabaland Fast Food Restaurant


Qəbələdə Restoranlar

Dəbli və ləziz yemək sevənlər üçün Qəbələ ərazisində 1920 metr yüksəklikdə yerləşən “Chalet Steak&Winehouse” steyk restoranı, Qafqaz Riverside Otelinin “Brasserie” restoranı və “Gabala” restoranı, Qafqaz Resort Otelinin “Nakhchivan” restoranı, Qəbələ Atıcılıq Mərkəzinin “Gürcü Restoranı” və digər restoranlar xidmət göstərir. Burada həm milli mətbəxin, həm də xarici ölkələrin ləziz yeməklərindən dadmaq, eyni zamanda gözəl mənzərədən zövq almaq mümkündür.


Koşem Restoranı

Azərbaycanın ən turistik guşələrindən biri olan Qəbələdə şəhərində yerləşən Köşem Restoranı qonaqlarını yüksək keyfiyyət, xidmət və Türk mətbəxinin gözəl təamları ilə qarşılayır.
2016- cı ildən etibarən Bakı şəhərində, 2017- ci ildən etibarən Qəbələdə fəliyyət göstərən Köşem Restoranı müxtəlif və ənənəvi Türk mətbəxini təqdim edir.
Bir dəfə Köşem Restoranına gəldikdən sonra, iştahaçan kəbabları, pide və Türk paxlavasını təkrar dadmaq üçün müştərilər Köşem restoranına daim qayıdırlar.


Qəbələdə Milli Mətbəx

Ailəli və dostlarla daha isti mühitdə,ləziz milli abu-havada yerli mətbəx nümunələrini dadmaq üçün Qafqaz Karvansaray Otelinin milli restoranı, Qəbələ Xanlar restoranı, Qafqaz Sport Otelinin “Firuzə Restoranı” və “Safir A la Carte” restoranı, Türk mətbəxinin ən sevimli yeməklərinin təqdim olunduğu Köşəm Restoranı və Mado restoranları fəaliyyət göstərir.Uşaqlarla istirahət edən və ya tez qidalanmaq istəyən qonaqlar üçün Tufandağ Otelində və Qəbələnd istirahət mərkəzində “fast-food” restoranları fəaliyyət göstərir. Burada uşaqların sevimlisi burgerlər, pizzalar, qızardılmış fri kartof və digər məşhur yeməklərdən dadmaq mümkündür.