Təbiətin ən gözəl çalarlarını əks etdirən Qəbələ şəhəri bu il də yerli və xarici qonaqları yeni ili qarşılamaq üçün Qəbələyə dəvət edir. Başı qarlı Qafqaz dağları, Qəbələnin əsrarəngiz təbiəti ilə vəhdətdə qonaqlara əsl qış nağılı vəd edir. Hər il olduğu kimi bu il də, Qafqaz Otellərində xüsusi təşkil olunacaq yeni il şou proqramı 31 Dekabr gecəsi unudulmaz əyləncə ilə 2018-ci ilə daha rəngarəng və əyləncəli daxil olmağa imkan yaradacaqdır. 31 Dekabr tarixində Sabina Babayeva, Xəyal Rzazadə, Lalə və Nurkan cütlüyü və Türkan Heydərovanın musiqili çıxışları, milli və xarici rəqs proqramları, uşaqlar üçün hazırlanmış xüsusi əyləncə və ləziz yeməklər qarşıdan gələn ilə daha əsrarəngiz daxil olmağınız üçün təşkil olunacaqdır