Gabala Jam Festival

JAMS FROM ALL OVER OF AZERBAIJAN
Ləziz təamları və qeyri ənənəvi desetləri ilə qonaqların yaddaşında qalan Qəbələ şəhəri hər il ənənəvi olaraq “Mürəbbə Festivalı” na ev sahibliyi edir. Artıq 5 ildən çoxdur ki, keçirilən festival Qəbələ şəhərinin mərkəzində yerləşən parkda 22 ölkənin Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malaziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Ruminiya, Səudiyyə Ərəbistanı şirniyyatçıları,həmçinin Azərbaycanın 44 şəhər və rayonlarından mürəbbə ustaları öz məhsullarını nümayiş etdirirlər. Festivalda 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərlik komandalar yarışırlar. Yarışmanın əsas mahiyyəti hər komanda öz hazırladıqları mürəbbə çeşidlərini münsiflər heyyətinə və iştirakçılara dequstasiya etdirirlər və ən çox bəyənilən komanda qalib elan olunur və mükafatlandırılır.
Müsabiqədə ənənəvi mürəbbə növləri gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik və s. ilə yanaşı, qeyri adi qarğıdalı, günəbaxan, yemiş, xiyar, badımcan, limon, bənövşə, nanə, itburnu, pomidor eləcə də müalicəvi çiçək və otlardan hazırlanan mürəbbələr nümayiş olunur. Yarış bitdikdən sonra sərgi təşkil olunur və mürəbbələr satışa çıxarılır. Festival gecə saatlarına qədər canlı musiqi və şou proqramlarla davam edir.