Qədim Ənənələrlə Dolu Qəbələ…

Qəbələdə turistlərin və professional idmançıların ziyarət edə biləcəyi Qəbələ Atıcılıq Klubu fəaliyyət göstərir. Klubun ərazisində sportinq üzrə səkkiz meydança, stend atıçılığı üzrə beş kombinə olunmuş meydança, güllə atıçılığı üzrə üç tir otağı və ox atma meydançası mövcuddur. Atıcılıq klubundagecə atıcılığı, peyntbol və steykbol meydançaları da fəaliyyət göstərir.

Həmzəli,Qəbələ Yolu,Azərbaycan
+994 125657501
+994503724844
www.gabalashootingclub.com

Aktiv istirahət sevənlərin sevimli məkanı olan Qəbələ Atıcılıq Klubu, iri miqyaslı idman yarışlarının keçiirlməsi üçün ideal məkandır. Burada 2014 və 2016-cı illərdə Heydər Əliyev adına Beynəlxalq Atıcılıq üzrə Qran Pri çempionatı keçiirlmişdir. Komplekdə ümumilikdə həm qonaqlar, həm də idmançıların rahatlığı üçün bütüm lazımi şərait yaradılmışdır. Kompleks ərazisində gecələmək istəyən qonaqlar üçün isə burada kotteclər yaradılmışdır.

Klubun tərkibində gürcü və milli mətbəxin ən ləziz təamlarının təqdim edildiyi Gürcü Restoranı fəaliyyət göstərir. Restoranda Qəbələ regionu üçün xas olan yeməklər, Azərbaycan mətbəxinin nümunələri və Gürcü mətbəxinə məxsus yeməklər xüsusi milli kaloritə uyğunlaşdırılaraq təqdim olunur. Etnik üslubda dizayn edilmiş restoranın panoramalı pəncərələrindən kompleksin ərazisində olan dağ meşələrini seyr etmək mümkündür. Restoranın xüsusi dizayn elementləri gələn qonaqlarda maraq oyadır və hətta bu elemenrtlərlə şəkil çəkdirmək üçün istifadə olunur. Klubda restoranla bərabər, yüngül qidalanmaq, çay və digər içkilərdən işmək üçün kafe fəaliyyət göstərir. Yay aylarında isə, açıq havada xüsusi taxta açıq komalarda samovar çay dəstgahı təqdim olunur.