Relaxation and Tranquility on Nature…

Ən qədim müalicə adət-ənənələrinin və sanatoriyaların fəaliyyət göstərdiyi Qəbələ şəhəri mineral su yataqları və ilboyu davam edən münbit iqlim şəraiti ilə burada keçmiş illərdən sanatoriya tipli müassisələrin fəaliyyət göstərməsinə təsir etmişdir. Hal-hazırda Qəbələdə sanatoriya və sağlamlıq fəaliyyəti göstərən iki otel mövcuddur. Bu otellərdən biri Qafqaz Thermal Hotel&SPA, Yengicə termal suyu ilə müalicə xidməti göstərir.

Qafqaz Thermal Hotel&SPA

Chenot Palace Gabala

Yengicə mineral suyunun müalicə etdiyi xəstəliklər :oynaq ağrıları,sinir sistemi xəstəlikləri,sümük ağrıları, revmatik ağrılar, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz və digər xəstəliklərdir.
Yengicə suyu özünün müalicəvi xüsusiyətləri ilə məşhurdur.Onun mineral tərkibi Na+,Ca+,SiO2-2,H3SiO4,K+,Mg2+,NH4+,Cl-,SO2-4 və.s elementlərindən ibarətdir. Müalicə üsulları 38 ˚dən yuxarı olmayaraq isti taxta vannalarda qəbul olunur və həkim nəzarəti altında 10 prosedurdan çox olmamalıdır. Hər prosedur 15-dəqiqə davam edir. Qafqaz Thermal Hotel&SPA, Yengicə mineral suyu ilə müalicə ilə yanaşı, şimal regionunda yeganə olan Naftalan nefti ilə müalicə xidmətləri göstərir. Naftalan nefti dünyada yalnız Azərbaycanda mövcuddur.Qədim zamanlardan bu neftin müalicə təsiri Azərbaycanda eləcə də dünyada məşhurdur.

Naftalan nefti–qəhvəyi qonur rəngli, xüsusi aromatik qoxuya malik, yüksək özlülüyə və xüsusi çəkiyə malik mayedir. Naftalan mürəkkəb fiziki –kimyəvi tərkibə malik olub, qətranlı, az kükürdlü, parafinsiz neft məhsuludur və tərkibində sənaye neftlərindən fərqli olaraq benzin, kerosin, liqroin kimi yüngül fraksiyalar yoxdur.Naftalanın tərkibində olan kükürdlü, azotlu birləşmələr və mikroelementlər də naftalanın müalcəvi təsirində əhəmiyyətli rol oynayır.Naftalan neftinin müalicə amili iltihabəleyhi, ağrıkəsici, damargenəldici , allergiyaəleyhi, maddələr mübadiləsini tənzimləyici xüsusiyyətləri cəmləşdirərək 70 -ə qədər xəstəliyi müalicə etməyə qadirdir.Unikal təbii müalicə vasitəsi olan bu neft insanların dərmansız bəzi xəstəliklərdən qurtulmasına kömək edir.

Naftalan Healing Oil

New stage on wellness tourism..

Chenot Palace Oteli Qəbələnin ən mənzərəli ərazisində, Nohur gölünün sahilində yerləşir. Chenot Palace oteli müalicəvi turizmə yeni nəfəs verərək, dünyada ən son tendensiya olan detoks, antistress proqramlarla müalicə təklif edir. Lüks müalicə prosedurları ruhun, bədənin və beynin yenilənməsinə və səs-küyündən uzaqlaşmağa şərait yaradır. Burada xüsusi tibbi-estetik laboratoriya, -110 dərəcəyə qədər soyuyan buz-kriyo otaq, antiqravitasiya və fizioterapiya apparatları ilə müalicə daxildir. Oteldə Avropadan gəlmiş tibbi və spa personalı, həmçinin pəhriz yeməkləri üzrə mütəxəssis aşbazlar fəaliyyət göstərir.