Qəbələni Daha Yaxından Kəşf Edək…

Regionun ən çox turist qəbul edən bölgələrindən olan Qəbələ şəhərinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi üç əsas turizm marşrutu müəyyən etmişdir. Bu marşrutlar “Aleksandr Düma Qafqazda”, “Tarixi İpək Yolu”, “Bakı-Balakən Turizm Marşrutu” turizm marşrutlarıdır. Bu marşrutları Qəbələ turizm informasiya mərkəzindən sifariş etmək mümkündür. Tarixi Qəbələ regionu, Böyük ipək yolu marşrutunun üzərində yerləşdiyindən ipək yolunun keçdiyi ərazilərə səyahət marşrutun ümumi proqramıdır.

www.tufandag.az

AZ3601,Gabala,Durja,Durja village road
Phone: (+994 2420) 5-43-83
Fax: (+994 2420) 5-43-86

“Aleksandr Düma Qafqazda” Turu

Marşrut məşhur fransız yazıçısı Aleksandr Dümanın adını daşıyır və onun Qafqaz səfəri zamanı keçdiyi əraziləri əhatə edir. Tur Bakı şəhərindən başlayır, Şamaxı, İsmayıllı (Lahıc) rayonlarının görməli yerləri ziyarət edilir və daha sonra marşrut Qəbələyə çatır. Qəbələdə, Qəbələ tarixi diyarşünaslıq muzeyi, Çuxur Qəbələ və Nic kəndləri ziyarət edilir. Daha sonra Nic qəsəbəsindəki udin icmasının mədəniyyəti, kulinariyası ilə tanışlıq olduqdan sonra marşrut Şəki şəhəri ilə tanışlıqla başa çatır.

“Bakı-Balakən Marşrutu”

Marşrut Bakı şəhərindən başlayır, Qobustan və Abşeronla tanışlıqdan sonra dayanacaq Şamaxı şəhərində baş tutur. Daha sonra qonaqlar İsmayıllı rayonu ilə tanış olurlar, burada gecələdikdən sonra Qəbələ şəhərinə üz tuturlar. Qəbələ üzrə bu marşrutda görməli yerlər siyahısına tarixi abidələr, Yeddi gözəl şəlaləsi, Çuxur Qəbələ və Duruca şəlaləsi aiddir.
Bundan əlavə, artıq Qəbələdəsinizsə, burada bir çox yerli şirkətlər və otellər bir günlük turlar təklif etməkdədirlər. Bu turlara qeydiyyat otellərin qeydiyyat şöbəsində və ya yerli turizm informasiya mərkəzlərindən əldə edilə bilər.

“Qəbələ Turu”

Bu tur proqramının görməli yerlər siyahısına Ləzə kəndi, Nohur gölü, Xal-xal şəlaləsi, Çuxur Qəbələ, Tufandag Kanat Xətti və Qəbələ Atıcılıq Mərkəzi aiddir. Qəbələnin möhtəşəm mənzərəli yerlərinə təşkil olunan bu turun proqramına transfer, bələdçi xidməti və çay dəstgahı daxildir. Bir gün davam edən tur proqram şəhər mərkəzindən 30 km aralıda yerləşən Xal-xal şəlaləsinə səyahətlə başlayır. Kiçik şəlalə ətrafında balıq tutmaq üçün uyğun göl və böyük çinar ağacları altında çay dəstgahı qonaqlara əsl təbiət ağuşunda istirahət vəd edir. Növbəti dayanacaq Çuxur Qəbələdə qədim Qəbələ şəhərinin qalıqları və arxeoloji tapıntılarla tanışlıq olacaqdır. Burada kiçik yaşlı qonaqlar üçün yaradılmış zooparkda tur iştirakçıları kiçik atlarla gəzinti edə bilərlər. Çuxur Qəbələdən növbəti marşrut nöqtəsi Nohur gölünədir. Burada Qafqaz atlarının gözəlliyinə tamaşa etmək, at sürmək, balıq tutmaq və çay içmək olar. Sonuncu dayanacaq isə Tufandağ kompleksində, kanat xəttlərindən istifadədir. Kanat ilə 45 dəqiqəlik səyahət Qəbələnin ən yüksək nöqtəsinə çatmaq və möhtəşəm mənzərədən zövq almaq olar.


Safari, Raftinq və Ekstrim Turlar

Böyük Qafqaz Dağlarının sildirımlı yollarına təşkil olunan cip turları adrenalin və ekstrim sevənlərin ürəyincə olacaqdır. Turlar xüsusi cip maşınlarda yarım günlükdür və Qafqaz dağlarına xüsusi qrup rəhbəri vasitəsilə qalxmaq vəd edir. Dağların zirvəsində xüsusi çay dəstgahı və yüngül qəlyənaltılar qonaqlara təqdim olunacaqdır. Raftinq Turları isə Qəbələ Raftinq Klubu tərəfindən həyata keçirilir. Savalan kəndində yerləşən Turançay çayında hədəflərlə bol olan çayda raftinq, qonaqlara unudulmaz ekstrim həzzi yaşadır.
Qəbələdə qonaqlar üçün ətraf regionlara turlar da təşkil olunur. Yaxınlıqda yerləşən Şəki, Lahıc(İsmayıllı), İsmayıllı və digər rayonlara müxtəlif məzmunlu turlar vardır.

Piknik və At sürmə Turları

Qonaqların istəyinə uyğun Qəbələnin ən dağlıq və gözəl mənzərəli dağ kəndlərinə təşkil olunan bu turalar qonaqlara canlı quzu kababı bişirmək (qonaqlar da bişirmə prosesində iştirak edə bilirlər) və möhtəşəm Qafqaz atları ilə gəzinti vəd edir.