Təbiətlə Harmoniyada Ən Dadlı Yeməklər…

Təbiətlə harmoniyada, Qafqaz adət-ənənələrini əks etdirən, bir-birindən ləziz yeməkləri Qəbələdə dadmaq olar. Dəbli restoranlardan, ailəlikcə və ya dostlarla istirahət edə biləcəyiniz restoranlara qədər bütün istəklərinizi qarşılayacaq qidalanma obyektləri mövcuddur.

 

Xanlar Restoranı
Köşəm Restoranı
Gabaland Fast Food Restaurant
Archeological Center Chay Evi (Tea House)

Dəbli və ləziz yemək sevənlər üçün Qəbələ ərazisində 1920 metr yüksəklikdə yerləşən “Chalet Steak&Winehouse” steyk restoranı, Qafqaz Riverside Otelinin “Brasserie” restoranı və “Gabala” restoranı, Qafqaz Resort Otelinin “Nakhchivan” restoranı, Qəbələ Atıcılıq Mərkəzinin “Gürcü Restoranı” və digər restoranlar xidmət göstərir. Burada həm milli mətbəxin, həm də xarici ölkələrin ləziz yeməklərindən dadmaq, eyni zamanda gözəl mənzərədən zövq almaq mümkündür.Qafqaz Riverside otelində 400 nəfərlik “Qəbələ” restoranı və 140 nəfərlik “Brasserie” retsoranları fəaliyyət göstərir. Hər iki restoranda dünya və milli mətbəxin ləziz yeməkləri təqdim olunur. Bundan əlavə, burada açıq hava altında, meşəlik ərazidə “Meşə” restoranı vardır ki, burada manqal yeməkləri qonaqlara canlı hazırlanaraq təqdim olunur.

Ailəli və dostlarla daha isti mühitdə,ləziz milli abu-havada yerli mətbəx nümunələrini dadmaq üçün Qafqaz Karvansaray Otelinin milli restoranı, Qəbələ Xanlar restoranı, Qafqaz Sport Otelinin “Firuzə Restoranı” və “Safir A la Carte” restoranı, Türk mətbəxinin ən sevimli yeməklərinin təqdim olunduğu Köşəm Restoranı və Mado restoranları fəaliyyət göstərir.Qəbələdə milli abu-havada və Karvansaray üslubunda dizayn edilmiş Karvansaray restoranı fəaliyyət göstərir. Burada ən ləziz milli mətbəx və Qəbələyə xas xüsusi desertlərdən dadmaq olar. Restoran Karvsanaray Otelinin daxilində yerləşir.

Uşaqlarla istirahət edən və ya tez qidalanmaq istəyən qonaqlar üçün Tufandağ Otelində və Qəbələnd istirahət mərkəzində “fast-food” restoranları fəaliyyət göstərir. Burada uşaqların sevimlisi burgerlər, pizzalar, qızardılmış fri kartof və digər məşhur yeməklərdən dadmaq mümkündür.